DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinin vaxtını açıqladı

Türkiyə Prezidenti ilk dəfə seçkilərdə iştirak edəcək gəncləri səsvermə zamanı düzgün seçim etməyə çağırıb.
Sputnik
BAKI, 22 yanvar - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini bildirib.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Ərdoğan Bursa gəncləri ilə görüşündə deyib:
“İlk dəfə seçkilərdə iştirak edəcək gənclərimizin nümayəndələrini mayın 14-də keçiriləcək səsvermə zamanı düzgün seçim etməyə çağırıram”.
Türkiyədə prezident seçkilərinin əvvəlcə iyunun 18-də keçirilməsi nəzərdə tutulurdu.