DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Cənubi Afrika Putinin yolunu gözləyir

Ölkənin Rusiyadakı səfiri bildirib ki, respublikanın hakimiyyət orqanları Rusiya liderinə mütləq dəvət göndərəcək.
Sputnik
BAKI, 22 yanvar - Sputnik. Cənubi Afrika Respublikası Rusiya prezidenti Vladimir Putinin bu ilin avqustunda keçiriləcək BRİCS sammitinə gələcəyinə ümid edir. Bunu Cənubi Afrika Respublikasının Moskvadakı səfiri Mzuvukile Maketuka RİA Novosti-yə müsahibəsində bildirib.
"Bütün prezidentlər dəvət olunacaq – bu, standart təcrübədir. İndi onun gəlib-gəlməməsi Putindən və Kremldən asılı olacaq, lakin biz mütləq ona dəvət göndərəcəyik və yolunu gözləyəcəyik", - deyə diplomat qeyd edib.
Sammitin keçiriləcəyi yer barədə Cənubi Afrika hakimiyyəti hələlik qərar verməyib. BRICS ölkələrinin başçılarının görüşü Yohannesburq, Keyptaun, Durban və ya Pretoriyada keçirilə bilər. Maketuka qeyd edib ki, bu, koronavirus pandemiyasının başlanmasından sonra BRICS-in üz-üzə formatda ilk sammiti olacaq.
BRICS+ sammiti keçən ilin iyununda keçirilib. Burada birliyin daimi üzvləri - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası, eləcə də əlaqələr qurmaq istəyən bir sıra ölkələr iştirak ediblər. Onların arasında Argentina, Qazaxıstan və Malayziya var.