BAKI, 19 yanvar — Sputnik. ABŞ Dövlət Departamenti Krımla bağlı açıqlamaları ilə əslində Ukrayna hakimiyyətini Rusiya ərazisində terror aktları törətməyə sövq edir.
TASS xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov müvafiq bəyanatla çıxış edib.
Diplomat, beləliklə, ABŞ Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Praysın Ukrayna Silahlı Qüvvələrinin Amerika silahlarından istifadə etməklə yarımadaya zərbə endirməsinin faktiki mümkünlüyü barədə son bəyanatını şərh edib.
Antonovun sözlərinə görə, Amerika rəsmilərinin ritorikası getdikcə daha döyüşkən xarakter alır.
"Vaşinqtondan bu cür açıqlamaları eşidən Kiyevdəki cinayətkarlar özlərini bir daha tam sərbəst və hər şeyə qadir hiss edəcəklər", - deyə səfir vurğulayıb.
Diplomat, həmçinin, xəbərdarlıq edib ki, bu səbəbdən münaqişənin gərginləşməsi riskləri daha da artacaq.
Bundan əvvəl ABŞ Prezidenti Co Bayden administrasiyasının Krıma zərbələr üçün Ukraynaya silah tədarükü barədə düşünməyə başladığı xəbər verilmişdi.