RUSİYA

Rusiyalı mütəxəssis qadın şahmatçılardan ibarət Azərbaycan yığmasına hazırlıq keçəcək

Dünyanın tanınmış şahmatçılarından olan Y.Tomaşevski iki dəfə Rusiya çempionatında qızıl medal qazanıb.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. Avropa çempionu, komandaların yarışında dünya çempionatının qalibi, tanınmış şahmatçı Yevgeni Tomaşevski bir müddət ölkəmizdə fəaliyyət göstərəcək.
Azərbaycan Şahmat Federasiyasının məlumatına görə, rusiyalı mütəxəssis yeniyetmə və gənc şahmatçılar, o cümlədən qadınlardan ibarət Azərbaycan yığmasının hazırlığı ilə məşğul olacaq.
Tanınmış şahmatçı Yevgeni Tomaşevski
Federasiya yeniyetmə və gənclərin, eyni zamanda qadınlardan ibarət yığmanın hazırlıq səviyyəsini artırmaq məqsədilə Y.Tomaşevskinin təlim-məşq toplanışına cəlb olunması barədə qərar qəbul edib.
Şahmatçıların hazırlığı fərdi inkişafa uyğun xüsusi proqramla keçiriləcək.
Qeyd edək ki, dünyanın tanınmış şahmatçılarından olan Y.Tomaşevski iki dəfə Rusiya çempionatında qızıl medal qazanıb. Bununla yanaşı, o, Saratov klubunun heyətində iki dəfə Avropa kuboku yarışının qalibi olub. Hazırda şahmatçı 2694 xal ilə FİDE reytinqində 44-cü pillədə qərarlaşıb.