BAKI, 18 yanvar — Sputnik. Məhkəmə Latviyada həbs edilən "Sputnik Litva"nın baş redaktoru Marat Kasemi həbsdə saxlayıb, apellyasiya şikayəti təmin edilməyib. Bu barədə "Sputnik Blijneye Zarubejye" xəbər verir.
"Məhkəmə Marat Kasemi həbsxanada saxlayıb. Vəkillərin verdiyi apellyasiya şikayəti təmin edilməyib, əvvəlki həbs-qətimkan tədbiri qüvvədə saxlanıb", - agentliyin "Telegram" kanalı məlumat yayıb.
Həmçinin qeyd edilir ki, Marat Kasemin müdafiəsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediləcək.
"Müdafiə tərəfinin növbəti addımı Avropa İnsan Haqları Məhkəməsinə şikayət verməkdir", - məlumatda deyilir.
Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl bildirmişdi ki, Kasemin Latviyada saxlanması onun prinsiplərə sadiqliyinə görə diktatura rejimlərinin qisasıdır və müxalif fikirlərə qarşı terrordur. Rusiya Ombudsmanı Tatyana Moskalkova "Sputnik Litva"nın baş redaktorunun saxlanmasını söz azadlığına qəsd adlandırıb və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına müraciət edib. Rusiya Jurnalistlər Birliyinin rəhbəri Vladimir Solovyov vəziyyəti şərh edərkən RİA Novosti-yə bildirib ki, RJB bunu ən ciddi pozuntulardan biri hesab edir və baş verənlər barədə bütün beynəlxalq jurnalist hüquq müdafiə təşkilatlarına məlumat göndərəcək.
"Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov Kasemin saxlanması ilə bağlı danışarkən qeyd edib ki, media qrupu beynəlxalq ictimaiyyəti Kasemi azad etmək üçün mümkün olan hər şeyi etməyə çağıracaq. Kiselyov həbsin özünü qeyri-qanuni adlandırıb və onun sözlərinə görə, həbs Avropa qanunsuzluğu şəraitində baş verir, o zaman ki, insan peşəkar jurnalist fəaliyyəti ilə məşğul olduğuna, ifadə etdiyi fikrinə, mövqeyinə, məlumatına görə həbs oluna bilər.