BAKI, 18 yanvar — Sputnik. Facebook* sosial şəbəkəsində yeniyetmə oğlanın sosial platformada polisi təhqir etdiyinə görə saçının qırxıldığı barədə görüntülər və məlumat paylaşılıb. Həmin görüntülərlə bağlı bildirilir ki, sosial platformada polisi təhqir edən şəxs polis bölməsinə aparılaraq saçlarına bant bağlanılıb, daha sonra saçı qırxılıb.
Həmin şəxsin hər iki formada fotosu sosial şəbəkədə paylaşılıb. Məlumatlara görə, həmin yeniyetmə "Tik-tik" sosial şəbəkəsində canlı açaraq polisin ünvanına təhqiramiz ifadələr işlədib.
Sputnik Azərbaycan-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, bu şəkil hər hansı polis bölməsində çəkilməyib:
"Vətəndaşın saçının polis bölməsində qırxıldığı barədə məlumatlar yanlışdır. Bu şəkil hər hansı polis bölməsində çəkilməyib, özfəaliyyətdir".
DİN rəsmisi hazırda fotodakı şəxslə bağlı araşdırılma aparıldığını söyləyib.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.