BAKI, 17 yanvar — Sputnik. Serbiya Prezidenti Aleksandar Vuçiç Serbiyanın Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləyəcəyinə əmin olmadığını bildirib və rus mədəniyyətinə qoyulan qadağalara qarşı çıxış edib.
"Siz Milli Təhlükəsizlik Şurasında müəyyən etdiyiniz mövqeyinizdə necə qətiyyətli olmalı olduğunuzu bilirsiniz. Amma söz verə bilməzsən, çünki hər deyilən sözün nökəri, deyilməyənlərin ağasısan. Səndən hər gün ancaq bu barədə soruşurlar", - Vuçiç "Happy TV"də deyib.
"Seçkilərdən sonra geri dönüş oldu, hamı sanksiyaları dəstəkləməyə başladı və Vuçiç Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etmək istəmədiyinə görə məsuliyyətsiz siyasət yürüdür dedilər. Biz buna 100 gündən çoxdur dözürük və mən əmin deyiləm ki, onları tətbiq edəcəyik", - Serbiya Prezidenti qeyd edib.
O, Serbiyanın özünün 1990-cı illərdə beynəlxalq sanksiyalara necə dözdüyünü və onlardan zərər gördüyünü xatırladıb.
"Biz nə etməliyik - Çaykovskini teatrda və məktəblərdə ləğv edək, Dostoyevskini uşaqlar oxumasalar nə öyrənəcəklər? Biz abidələri sökməliyikmi?" - Vuçiç deyib.
Serbiya lideri daha əvvəl Rusiyaya qarşı sanksiyaları yalnız Serbiyanın başının üstündə "Damokl qılıncı" ilə olduğu halda dəstəkləyəcəyini bildirsə də, hələlik belə bir təhlükə görmədiyini açıqlamışdı.
Qərb Ukraynaya görə Rusiyaya sanksiya təzyiqlərini artırıb. Bu, Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub. Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl bəyan etmişdi ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, Rusiya Qərbin onun üçün yaratdığı bütün problemləri həll edəcək.