https://sputnik.az/20230117/serbiya-rusiya-ile-bagli-sanksiyalara-qosulur---vucic-aciqladi-450741647.html
Serbiya Rusiya ilə bağlı sanksiyalara qoşulur? - Vuçiç açıqladı
Serbiya Rusiya ilə bağlı sanksiyalara qoşulur? - Vuçiç açıqladı
Sputnik Azərbaycan
Seçkilərdən sonra geri dönüş oldu, hamı sanksiyaları dəstəkləməyə başladı və Vuçiç Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etmək istəmədiyinə görə... 17.01.2023, Sputnik Azərbaycan
2023-01-17T13:01+0400
2023-01-17T13:01+0400
2023-01-17T13:01+0400
dünya xəbərləri
sanksiya
serbiya
aleksandr vuçiç
serbiya respublikasının prezidenti aleksandr vuçiç
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/04/04/440777062_0:0:3071:1728_1920x0_80_0_0_1af49274df2dcf0469eec3eab68d0e2e.jpg
BAKI, 17 yanvar — Sputnik. Serbiya Prezidenti Aleksandar Vuçiç Serbiyanın Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləyəcəyinə əmin olmadığını bildirib və rus mədəniyyətinə qoyulan qadağalara qarşı çıxış edib. "Siz Milli Təhlükəsizlik Şurasında müəyyən etdiyiniz mövqeyinizdə necə qətiyyətli olmalı olduğunuzu bilirsiniz. Amma söz verə bilməzsən, çünki hər deyilən sözün nökəri, deyilməyənlərin ağasısan. Səndən hər gün ancaq bu barədə soruşurlar", - Vuçiç "Happy TV"də deyib. "Seçkilərdən sonra geri dönüş oldu, hamı sanksiyaları dəstəkləməyə başladı və Vuçiç Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etmək istəmədiyinə görə məsuliyyətsiz siyasət yürüdür dedilər. Biz buna 100 gündən çoxdur dözürük və mən əmin deyiləm ki, onları tətbiq edəcəyik", - Serbiya Prezidenti qeyd edib. O, Serbiyanın özünün 1990-cı illərdə beynəlxalq sanksiyalara necə dözdüyünü və onlardan zərər gördüyünü xatırladıb. "Biz nə etməliyik - Çaykovskini teatrda və məktəblərdə ləğv edək, Dostoyevskini uşaqlar oxumasalar nə öyrənəcəklər? Biz abidələri sökməliyikmi?" - Vuçiç deyib. Serbiya lideri daha əvvəl Rusiyaya qarşı sanksiyaları yalnız Serbiyanın başının üstündə "Damokl qılıncı" ilə olduğu halda dəstəkləyəcəyini bildirsə də, hələlik belə bir təhlükə görmədiyini açıqlamışdı. Qərb Ukraynaya görə Rusiyaya sanksiya təzyiqlərini artırıb. Bu, Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub. Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl bəyan etmişdi ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, Rusiya Qərbin onun üçün yaratdığı bütün problemləri həll edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/04/440777062_340:0:3071:2048_1920x0_80_0_0_f13b3e660ef23bfa7b7b7ab9c3a155aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sanksiya, serbiya, aleksandr vuçiç, serbiya respublikasının prezidenti aleksandr vuçiç, rusiya
sanksiya, serbiya, aleksandr vuçiç, serbiya respublikasının prezidenti aleksandr vuçiç, rusiya
Serbiya Rusiya ilə bağlı sanksiyalara qoşulur? - Vuçiç açıqladı
Seçkilərdən sonra geri dönüş oldu, hamı sanksiyaları dəstəkləməyə başladı və Vuçiç Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etmək istəmədiyinə görə məsuliyyətsiz siyasət yürüdür dedilər.
BAKI, 17 yanvar — Sputnik. Serbiya Prezidenti Aleksandar Vuçiç Serbiyanın Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləyəcəyinə əmin olmadığını bildirib və rus mədəniyyətinə qoyulan qadağalara qarşı çıxış edib.
"Siz Milli Təhlükəsizlik Şurasında müəyyən etdiyiniz mövqeyinizdə necə qətiyyətli olmalı olduğunuzu bilirsiniz. Amma söz verə bilməzsən, çünki hər deyilən sözün nökəri, deyilməyənlərin ağasısan. Səndən hər gün ancaq bu barədə soruşurlar", - Vuçiç "Happy TV"də deyib.
"Seçkilərdən sonra geri dönüş oldu, hamı sanksiyaları dəstəkləməyə başladı və Vuçiç Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etmək istəmədiyinə görə məsuliyyətsiz siyasət yürüdür dedilər. Biz buna 100 gündən çoxdur dözürük və mən əmin deyiləm ki, onları tətbiq edəcəyik", - Serbiya Prezidenti qeyd edib.
O, Serbiyanın özünün 1990-cı illərdə beynəlxalq sanksiyalara necə dözdüyünü və onlardan zərər gördüyünü xatırladıb.
"Biz nə etməliyik - Çaykovskini teatrda və məktəblərdə ləğv edək, Dostoyevskini uşaqlar oxumasalar nə öyrənəcəklər? Biz abidələri sökməliyikmi?" - Vuçiç deyib.
Serbiya lideri daha əvvəl Rusiyaya qarşı sanksiyaları yalnız Serbiyanın başının üstündə "Damokl qılıncı" ilə olduğu halda dəstəkləyəcəyini bildirsə də, hələlik belə bir təhlükə görmədiyini açıqlamışdı.
Qərb Ukraynaya görə Rusiyaya sanksiya təzyiqlərini artırıb. Bu, Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub. Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl bəyan etmişdi ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, Rusiya Qərbin onun üçün yaratdığı bütün problemləri həll edəcək.