BAKI, 17 yanvar — Sputnik. Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri işdən çıxarılıb.
General-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub. Onun yerinə artıq təyinat olub. Polkovnik Şahin Mirzəyev Naxçıvan MR-ın fövqəladə hallar naziri təyin edilib.
Naxçıvan fövqəladə hallar nazirinin dəyişməsi ilə əlaqədar fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Naxçıvana səfər edib. Nazir kadr dəyişikliyi ilə əlaqədar toplantı keçirib, yeni naziri təqdim edib.
Xatırladaq ki, bundan əvvəl Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev vəzifəsindən azad olunub.