CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İdman mütəxəssislərinin maaşı artırıldı

Qərara əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 1230 manat məbləğində müəyyən edilib.
Sputnik
BAKI, 17 yanvar — Sputnik. İdman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı artırılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 1230 manat məbləğində müəyyən edilib. Qərar bu ilin yanvarın 1-dən qüvvəyə minib.
Xatırladaq ki, daha əvvəl bu məbləğ 1070 manat olub.
CƏMİYYƏT
Büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin maaşı nə qədər artacaq?