BAKI, 17 yanvar — Sputnik. Almaniyada tənəzzül mümkündür, lakin onun ömrü qısa, özü isə çox da dərin olmayacaq.
Bunu ölkə kanslerinin müavini və iqtisadiyyat naziri Robert Habek "Welt TV"nin canlı efirində bildirib.
"Tənəzzül əks hərəkət - iqtisadiyyatın çökməsi demək olsa da, o, uzun müddət üçün mənfi artım deyil. Biz bundan qaça bilərik. Əgər biz klassik tənəzzülü nəzərdən keçiririksə, onda bu, baş verərsə, bu, yalnız qısa müddətə və çox dərin olmayacaq", - deyə Davos Ümumdünya İqtisadi Forumunda olan siyasətçi qeyd edib.
Onun fikrincə, tənəzzül müsbət hal olmasa da, Almaniya hökuməti və şirkətlərinin birgə səyləri nəticəsində baş verə biləcək ən pis hadisələrin qarşısı alınıb.