BAKI, 16 yanvar — Sputnik. Ukraynadan İstanbula gedən gəminin saya oturması səbəbindən Bosfor boğazında nəqliyyatın hərəkəti dayandırılıb.
Bu barədə "Habertürk" telekanalı məlumat yayıb.
Gəmi Sarıyer yaxınlığında saya oturub. Hazırda xilasetmə əməliyyatı aparılır. Türkiyə Sahil Mühafizəsi hadisə yerinə qayıq və yedək gəmiləri göndərib. Bosfor boğazı ilə gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Dekabrın əvvəlində 26 tanker Türkiyə sahillərindəkı tıxacda ilişib. Tıxac Rusiya neftinin qiymətlərinə məhdudiyyətlərin başlamasından sonra Ankaranın sığorta ilə bağlı məlumatların təqdim edilməsi tələbi ilə bağlı yaranıb.