BAKI, 16 yanvar — Sputnik. Gürcüstanda tarixi Gəncə qapısının saxlanıldığı Gelati monastırının rəhbəri, keşiş İoseb Burcanadzenin hücrəsində yanğın olub.
Yanıq xəsarətləri alan din xadimi Kutaisidə xəstəxanaya yerləşdirilib.
Keşişin bədəninin 50 faizinin yandığı və reanimasiyaya yerləşdirildiyi bildirilib.
Yanğının səbəbi hələ ki, qeyri-müəyyəndir.
Qeyd edək ki, Gəncə qapısı monastırın başqa bölməsində saxlanıldığı üçün ziyan dəyməyib.(APA)