BAKI, 16 yanvar — Sputnik. Berlində Qərbin anti-Rusiya siyasətinə qarşı kütləvi aksiya keçirilib.
Bu barədə "Welt" nəşri yazıb.
Almaniyada bir neçə min insan küçələrə çıxıb. Onlar sosialist hərəkatının liderləri Roza Lüksemburqa və Karl Libknextə həsr olunmuş ənənəvi xatirə yürüşünə toplaşıblar. Yürüş zamanı Rusiyaya dəstək şüarları da səslənib.
Almanlar "Donbas üçün: Qərbi əzin" şüarı səsləndiriblər.
Bundan əvvəl alman qəzetinin oxucularının Almaniya kansleri Olaf Şoltsun yeni il müraciətinə görə onu tənqid etdikləri xəbər verilmişdi. Müraciətində siyasətçi nəticələrə baxmayaraq, Ukraynanı dəstəkləyəcəyini vəd etmişdi.