DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ kimi bir müttəfiq balans saxlamalıdır - Çavuşoğlu

Türkiyə XİN rəhbəri bildirib ki, ABŞ Afina ilə Ankara arasında Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı "tarazlıq" kursundan əl çəkib.
Sputnik
BAKI, 16 yanvar — Sputnik. ABŞ Türkiyə və Yunanıstanla münasibətlərdə balansı saxlamalıdır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
ABŞ silahlarının, o cümlədən F-35 təyyarələrinin Yunanıstana tədarükü ilə bağlı yayılan xəbərləri şərh edən türk diplomatiyasının rəhbəri qeyd edib ki, son illərdə ABŞ Afina ilə Ankara arasında Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı "tarazlıq" kursundan əl çəkib", - Çavuşoğlu bazar ertəsi Ankarada bosniyalı həmkarı Bissera Turkoviç ilə danışıqların yekunu üzrə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Vaşinqtonun Yunan Kiprinə silah embarqosundan imtina etməsi də adadakı vəziyyətə ziyan vurur.
"ABŞ kimi bir müttəfiq balans saxlamalıdır", - deyə türkiyəli nazir vurğulayıb.
Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, ölkəsinin Yunanıstana zərbə endirmək planı yoxdur və yalnız hücuma məruz qalacağı təqdirdə cavab verəcək.
Onun sözlərinə görə, Türkiyənin NATO müttəfiqi olan Yunanıstan Egeydəki adaların hərbiləşdirilməsi siyasətindən əl çəkməlidir:
"Biz 561 km mənzilli "Tayfun" ballistik raketini buraxdıq. Yunanıstanda bu, çaxnaşmaya səbəb oldu, yerli qəzetlər yazmağa başladılar ki, onlar (türklər - red.) bizi vuracaqlar. Əsas odur ki, Egeydə bizimlə işiniz olmasın. Siz bunu etməyin və bizim sizinlə işimiz olmayacaq".