BAKI, 15 yanvar — Sputnik. Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukraynaya “Challenger 2” tankları göndərmək qərarı ilə səhv edib. Bu barədə Britaniyalı siyasətçi, İrs Partiyasının lideri Devid Karten "Twitter" səhifəsində yazıb.
“Britaniya hökuməti nasistlərin zəbt etdiyi korrupsioner Zelenski rejimini dəstəkləməklə münaqişəni uzatmağa yox, münaqişənin gərginliyini azaltmağa çalışmalıdır” - o qeyd edib.
Bundan əvvəl xəbər verilmişdi ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak yaz hücumundan əvvəl Ukraynaya “Challenger 2” tanklarından ibarət eskadrilya köçürmək qərarına gəlib.
Britaniya qəzeti dörd “Challenger 2” tankının Şərqi Avropaya dərhal çatdırılacağını, daha sonra Ukraynaya daha səkkiz tankın verilməsinin planlaşdırıldığını yazıb.