RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Gürcüstan Ukraynaya hərbi yardım göstərməyəcək - baş nazirinin müavini

Bir müddət əvvəl Gürcüstanın Müdafiə Nazirliyi bəyan etmişdi ki, Kiyevin 2007-ci ildə Tbilisiyə təhvil verdiyi "Buk" zenit-raket kompleksləri Ukraynaya qaytarılmayacaq.
Sputnik
BAKI, 15 yanvar — Sputnik.Tbilisi Kiyevə hərbi yardım göstərməyəcək, çünki o, münaqişəyə qarışmaq istəmir. Bu barədə Gürcüstanın baş nazirinin müavini, mədəniyyət, idman və gənclər naziri Teya Tsulukiani jurnalistlərə bildirib.

“Gürcüstan hakimiyyəti Gürcüstan dövlətinin hərbi qarşıdurmaya cəlb olunmasına imkan verməyəcək. Təbii ki, biz qarşıdurmanın tərəflərindən birinə hərbi yardım göstərə bilməyəcəyik”, - deyə o bildirib.

Baş nazirin müavini qeyd edib ki, ölkə çoxsaylı silahlı münaqişələr yaşayıb, ona görə də Gürcüstan hakimiyyətinin vəzifəsi bunun bir daha baş verməsinin qarşısını almaqdır.
Bundan əvvəl Gürcüstanın Müdafiə Nazirliyi bəyan etmişdi ki, Kiyevin 2007-ci ildə Tbilisiyə təhvil verdiyi "Buk" zenit-raket komplekslərini qaytarmayacaq.
Gürcüstan hakimiyyəti Tbilisinin hava hücumundan müdafiə sistemini təmənnasız deyil, çoxmilyonluq sövdələşmə əsasında aldığını vurğulayıb.
Departament onu da əlavə edib ki, Gürcüstan Rusiya ilə münaqişədə tərəf olmaq istəmədiyi üçün Ukraynaya silah tədarük etməyəcək.