DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rişi Sunak: "İranın müdafiə nazirinin keçmiş müavinini edam etməsi qorxaqlıqdır"

İkili vətəndaşlığı olan (İran və Britaniya) Əlirza Əkbəri 2000-ci illərin əvvəllərində İranın o vaxtkı müdafiə naziri Əli Şəmxaninin müavini olub.
Sputnik
BAKI, 14 yanvar - Sputnik. “İran və Britaniya vətəndaşı olan Əlirza Əkbərinin edam edilməsi məni dəhşətə gətirib”.
“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak tviterdə yazıb.
O bildirib ki, bu, vəhşi və qorxaq hərəkətdir: “Bu, öz xalqının insan haqlarına hörmətlə yanaşmayan rejimin vəhşiliyi və qorxaqlığıdır. Düşüncələrim Əlirzanın dostları və ailəsi ilədir”.
Qeyd edək ki, İran məhkəməsi ölkənin müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbəri barədə ölüm hökmu çıxarıb. İranın Məhkəmə Sistemi onun edam olunduğunu açıqlayıb.
Məlumata görə, Əlirza Əkbəri ölkənin önəmli məlumatlarını toplayaraq məqsədli şəkildə Britaniya kəşfiyyatına təhvil verib. Rəsmi açıqlamada bildirilir ki, o, casusluq qarşılığında 1,8 milyon avro, 265 min funt-sterlinq və 50 min dollar pul alıb.
Xatırladaq ki, ikili vətəndaşlığı olan (İran və Britaniya) Əlirza Əkbəri 2000-ci illərin əvvəllərində İranın o vaxtkı müdafiə naziri Əli Şəmxaninin müavini olub.