İDMAN

Azərbaycanın həndbol yığması Böyük Britaniyaya uduzub

Digər matçda isə Kipr yığması Maltaya 47:26 hesabı ilə qalib gəlib.
Sputnik
BAKI, 14 yanvar - Sputnik. Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Nasser Saliminin baş məşqçi olduğu kollektiv ikinci sınağında Böyük Britaniya seçməsi ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb - 39:22.
Digər matçda isə Kipr yığması Maltaya 47:26 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Maltanı 34:25 hesabı ilə məğlub edib, Böyük Britaniya isə Kiprlə heç-heçəyə razılaşıb - 25:25. Yığma qrupda son oyununu Kipr seçməsinə qarşı keçirəcək.