NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Nazir: Azərbaycan qaz ixracını artırıb

Nazirin sözlərinə görə, ötən il Azərbaycandan Avropaya 11,4 milyard kubmetr qaz tədarük edilib. Türkiyəyə 8,4 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz ixrac olunub.
Sputnik
BAKI, 13 yanvar — Sputnik. 2022-ci ildə Azərbaycan qaz ixracını 18% artırıb.
Bunu energetika naziri Pərviz Şahbazov özünün "Twitter" səhifəsində yazıb.
Nazirin sözlərinə görə, ötən il Azərbaycandan Avropaya 11,4 milyard kubmetr qaz tədarük edilib. Türkiyəyə 8,4 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz ixrac olunub.
P. Şahbazov vurğulayıb ki, bu dövrdə Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəni 5,6 milyard kubmetr qazla təchiz edib.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycandan Avropaya 8,2 milyard kubmetr təbii qaz tədarük olunub.
Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.