BAKI, 13 yanvar — Sputnik. Görünür, Yeni il tətilləri geridə qaldı, əyləncə və istirahət vaxtı bitdi. Ancaq Köhnə Yeni il bayramı gəlir. Azərbaycan paytaxtının sakinlərinin bu bayramı qeyd edib-etmədiyini Sputnik Azərbaycan araşdırıb.
Sorğu göstərib ki, Azərbaycanda Köhnə Yeni il bayramını qeyd etmək ənənəsi əksər insanlar üçün uzaq keçmişdə qalıb. Bəziləri çətin həyatı və koronavirusu bu bayramı keçirməmək üçün səbəb göstərir, bəziləri isə dini səbəblərə görə bu tarixi ümumiyyətlə qeyd etmir.
Ancaq bu köhnə, Sovet ənənəsini qoruyub saxlayanlar və yaxınları və dostları ilə bayram süfrəsi arxasında toplaşmaq üçün Köhnə Yeni ildən bir səbəb kimi istifadə edənlər də var.