BAKI, 11 yanvar - Sputnik. Türkiyənin milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikov ilə telefon danışığı zamanı Ukraynada dərhal atəşkəsə çağırıb. Bu barədə Türkiyə Respublikanın Milli Müdafiə Nazirliyi bildirib.
Akar qeyd edib ki, atəşkəs yeni qurbanların qarşısını alacaq və regionda sabitliyi bərpa edəcək.
“Prezidentin (Rəcəb Tayyib Ərdoğan. – Red.) başçılıq etdiyi Türkiyə indiyə qədər etdiyi kimi, regionda sülhün təmin edilməsinə və bütün səviyyələrdə humanitar yardıma töhfə verməyə davam edəcək”, - məlumatda deyilir.
Tərəflər vurğulayıblar ki, Ukrayna taxılının ixracına dair dördtərəfli saziş çərçivəsində Birgə Koordinasiya Mərkəzinin işi ehtiyacı olan ölkələrə 17 milyon tona yaxın məhsul göndərməyə imkan verib.
Akar və Reznikov bu təşəbbüsün fasiləsiz işləyəcəyinə ümid etdiklərini bildiriblər.
2022-ci il fevralın 24-dən Ukraynada xüsusi hərbi əməliyyat keçirilir. Vladimir Putin bunu Donbasın azad edilməsinin və Rusiyanın təhlükəsizliyinə zəmanət verən şəraitin yaradılmasının son məqsədi adlandırıb.