BAKI, 11 yanvar — Sputnik. "Siyasi partiyalar haqqında" Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsi hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Siyasi partiyalar haqqında" Qanunda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti qanun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Qeyd edək ki, Prezident İlham Əliyev "Siyasi partiyalar haqqında" Qanunu təsdiqləyib.
"Siyasi partiyalar haqqında" Qanun 6 fəsil, 30 maddədən ibarətdir.
Bu Qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.
“Siyasi partiyalar haqqında” əvvəlki Qanun 1992-ci ildə qəbul edilmişdi.