DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Ukraynada hərbi əməliyyatların dinamikasını dəyişmək istədiyini etiraf edir

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib ki, ABŞ Rusiya hərbi texnikasının mütəmadi olaraq Ukraynanın infrastrukturuna zərbələr endirməsinin qarşısını almaq istəyir.
Sputnik
BAKI, 11 yanvar — Sputnik. ABŞ Ukraynadakı döyüşlərin dinamikasını dəyişmək üçün əlavə hərbi yardım göstərir.
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat verib.
Onun fikrincə, hazırda Ukraynada "bir neçə növ dinamika fəaliyyət göstərir". Bunlardan biri Ukrayna ordusunun döyüş meydanında özünü necə göstərməsi ilə bağlıdır. Daha geniş dinamika isə ondan ibarətdir ki, Rusiya Federasiyasından minlərlə hərbçi xüsusi əməliyyat zonasında qalır və Rusiya hərbi texnikası mütəmadi olaraq Ukraynanın infrastrukturuna zərbələr endirir.
Ned Prays qeyd edib ki, ABŞ-ın dəyişməyə çalışdığı məhz son dinamikadır. Bunun üçün onlar Kiyevi piyadaların döyüş maşınları və hava hücumundan müdafiə sistemləri ilə təmin edirlər.
Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ yanvarda Ukraynaya 3 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb. Bildirilib ki, onun tərkibinə 4000 idarə olunmayan "Zuni" hava-yer raketləri, radarla idarə olunan "RIM-7 Sea Sparrow" zenit raketləri, 50 "Bradley" piyada döyüş maşını və digər texnika daxildir.