https://sputnik.az/20230111/abs-ukraynada-herbi-emeliyyatlarin-dinamikasini-deyismek-istediyini-etiraf-edir-450508439.html
ABŞ Ukraynada hərbi əməliyyatların dinamikasını dəyişmək istədiyini etiraf edir
ABŞ Ukraynada hərbi əməliyyatların dinamikasını dəyişmək istədiyini etiraf edir
Sputnik Azərbaycan
Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib ki, ABŞ Rusiya hərbi texnikasının mütəmadi olaraq Ukraynanın infrastrukturuna zərbələr... 11.01.2023, Sputnik Azərbaycan
2023-01-11T08:03+0400
2023-01-11T08:03+0400
2023-01-11T08:03+0400
abş
dünya xəbərləri
ukrayna
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0d/440100892_0:0:3260:1835_1920x0_80_0_0_1fb016ab7fe35e7790555635a4f55a8d.jpg
BAKI, 11 yanvar — Sputnik. ABŞ Ukraynadakı döyüşlərin dinamikasını dəyişmək üçün əlavə hərbi yardım göstərir. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat verib. Onun fikrincə, hazırda Ukraynada "bir neçə növ dinamika fəaliyyət göstərir". Bunlardan biri Ukrayna ordusunun döyüş meydanında özünü necə göstərməsi ilə bağlıdır. Daha geniş dinamika isə ondan ibarətdir ki, Rusiya Federasiyasından minlərlə hərbçi xüsusi əməliyyat zonasında qalır və Rusiya hərbi texnikası mütəmadi olaraq Ukraynanın infrastrukturuna zərbələr endirir. Ned Prays qeyd edib ki, ABŞ-ın dəyişməyə çalışdığı məhz son dinamikadır. Bunun üçün onlar Kiyevi piyadaların döyüş maşınları və hava hücumundan müdafiə sistemləri ilə təmin edirlər. Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ yanvarda Ukraynaya 3 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb. Bildirilib ki, onun tərkibinə 4000 idarə olunmayan "Zuni" hava-yer raketləri, radarla idarə olunan "RIM-7 Sea Sparrow" zenit raketləri, 50 "Bradley" piyada döyüş maşını və digər texnika daxildir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0d/440100892_470:0:3201:2048_1920x0_80_0_0_ec54819ed0e1b6cf54cbddace2ad7234.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, ukrayna, rusiya
ABŞ Ukraynada hərbi əməliyyatların dinamikasını dəyişmək istədiyini etiraf edir
Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib ki, ABŞ Rusiya hərbi texnikasının mütəmadi olaraq Ukraynanın infrastrukturuna zərbələr endirməsinin qarşısını almaq istəyir.
BAKI, 11 yanvar — Sputnik. ABŞ Ukraynadakı döyüşlərin dinamikasını dəyişmək üçün əlavə hərbi yardım göstərir.
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat verib.
Onun fikrincə, hazırda Ukraynada "bir neçə növ dinamika fəaliyyət göstərir". Bunlardan biri Ukrayna ordusunun döyüş meydanında özünü necə göstərməsi ilə bağlıdır. Daha geniş dinamika isə ondan ibarətdir ki, Rusiya Federasiyasından minlərlə hərbçi xüsusi əməliyyat zonasında qalır və Rusiya hərbi texnikası mütəmadi olaraq Ukraynanın infrastrukturuna zərbələr endirir.
Ned Prays qeyd edib ki, ABŞ-ın dəyişməyə çalışdığı məhz son dinamikadır. Bunun üçün onlar Kiyevi piyadaların döyüş maşınları və hava hücumundan müdafiə sistemləri ilə təmin edirlər.
Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ yanvarda Ukraynaya 3 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb. Bildirilib ki, onun tərkibinə 4000 idarə olunmayan "Zuni" hava-yer raketləri, radarla idarə olunan "RIM-7 Sea Sparrow" zenit raketləri, 50 "Bradley" piyada döyüş maşını və digər texnika daxildir.