SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan: Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayan ölkə olmayıb

O əlavə edib ki, Praqa görüşündə 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün tanınması barədə razılıq əldə olunub.
Sputnik
BAKI, 10 yanvar — Sputnik. Dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi saymasın.
News.am xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında deyib.
O əlavə edib ki, Praqa görüşündə 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün tanınması barədə razılıq əldə olunub.
Onun sözlərinə görə, İrəvanın narahatlığı ondan ibarətdir ki, Azərbaycan prezidenti Praqa görüşünə istinad edərək Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, amma Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıdığını demir.
SİYASƏT
Paşinyan: "Ermənistan sülh saziş bağlamağa hazırdır"