İDMAN

"Neftçi"nin futbolçusu Çempionlar Liqasında oynamaq istəyir

Yeqor Boqomolski bildirib ki, hər bir futbolçu kimi, Çempionlar Liqasında oynamaqla yanaşı, Avropanın güclü çempionatında uğur qazanmaq istəyir.
Sputnik
BAKI, 10 yanvar — Sputnik. "Çempionlar Liqasında oynamaq istəyirəm".
Bunu "Pressball"a açıqlamasında "Neftçi"nin belaruslu futbolçusu Yeqor Boqomolski deyib.
23 yaşlı hücumçu gələcəklə bağlı hədəflərini açıqlayıb. Boqomolski güclü liqaların birində çempionluğu arzuladığını gizlətməyib:
"Məni heç nə təəccübləndirməz. Hər bir futbolçu kimi, Çempionlar Liqasında oynamaqla yanaşı, Avropanın güclü çempionatında uğur qazanmaq istəyirəm. Həmçinin Belarus millisi ilə də böyük turnirə qatılmaq arzusundayam".
Qeyd edək ki, "Neftçi"yə ötən ilin yayında Belarusun "Minsk" klubundan keçən Yeqor Boqomolski cari mövsüm Premyer Liqada 14 oyunda 2 qol vurub.