BAKI, 9 yanvar - Sputnik. Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 16 müraciət daxil olub. Onlardan 13-ü qadın, 3-ü kişidir.
TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətlər əsasən oynaq, çanaq, bilək, topuq, əl nahiyələrinin taravmaları ilə bağlı olub.
Xəsarət alanlardan biri uşaq, digərləri isə 42-61 yaş aralığında şəxslər olub.
Yaralananların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.