PAYTAXT XƏBƏRLƏRİ

Məktəblərdə davamiyyət aşağı düşdü - Qar səbəbindən

Qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb
Sputnik
BAKI, 9 yanvar — Sputnik. Qarlı hava şəraiti ilə əlaqədar Bakıda yüksək ərazilərdə fəaliyyət göstərən ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb: “Bu istiqamətdə müvafiq qurumlarla əlaqələr gücləndirilib. Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir”.
PAYTAXT XƏBƏRLƏRİ
Sakinlər: İlk qar avtobusların hərəkətini iflic etdi - Taksi isə….