BAKI, 8 yanvar - Sputnik. “Sədərək” ticarət mərkəzində baş verən yanğın söndürülüb. Daxili işlər Nazirliyindən Azərtac-a bildiriblər ki, ticarət mərkəzinin yanğın olan və ona bitişik hissələri tam polis nəzarətinə götürülüb. Ticarət obyektləri və içərisində olan malların mühafizəsi təşkil edilib.
Həmçinin qeyd olunub ki, yanğın olan obyektlərin birindən oğurluğa cəhd edən iki nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılan şəxslər müxtəlif məişət əşyalarını “öz obyektimizdən çıxarırıq, yanmasın”, - deməklə Post Patrul Xidmətinin əməkdaşlarına yanlış məlumat veriblər.
Oğurluq əməlində şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilib.
Araşdırmalar aparılır.