BAKI, 8 yanvar - Sputnik. Rusiyanın "Pobeda" aviaşirkətinin təyyarəsi Perm hava limanında uçuşun başlanğıcında uçuş-enmə zolağından çıxıb. Bu barədə RİA Novosti Bolşoe Savino hava limanına istinadən məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində sərnişinlər xəsarət almayıb, hava qovşağı isə müvəqqəti bağlanıb.
Hava limanı öz Telegram kanalında hadisənin yanvarın 8-i bazar günü səhər saatlarında baş verdiyini bildirir.
"“Boeing 737-800 DR 6512 reysi ilə Perm-Moskva marşrutu üzrə hərəkət edən təyyarə uçuşun əvvəlində uçuş-enmə zolağından çıxıb. 183 sərnişin və ya ekipaj üzvündən heç biri xəsarət almayıb, təyyarənin özünə də ziyan dəyməyib. Sərnişinlər hava limanının terminalına aparılıb. Hazırda təyyarə uçuş-enmə zolağından təyyarənin dayanacağına təxliyə edilir", - deyə məlumatda bildirilir.
Hazırda hava limanı uçuş-enmə zolağı boş olana qədər uçuşların qəbulu və yola salınması üçün bağlıdır. Hadisənin səbəbləri müəyyənləşdirilir. Təyyarənin sərnişinləri sosial şəbəkələrdə hadisənin videosunu yayımlayır və təyyarənin qar uçqunu içində ilişib qaldığını bildirirlər.