BAKI, 7 yanvar - Sputnik. Ötən gün Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsində qətl hadisəsi baş verib.
Hadisə qəsəbə ərazisində olan orta məktəbdə baş verib. Buranın şagirdi olan 17 yaşlı Tuncay Abdullayev digər şagird və həmkəndlisi olan Rəhman Süleymanov tərəfindən bıçaqlanıb.
Məlumata görə, qətl məktəbdə tənəffüs zamanı qeydə alınıb. Tuncay Abdullayev aldığı bıçaq xəsarətləri nəticəsində həyatını itirib.
R.Süleymanov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb, Araşdırma davam edir (lent.az).