DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan: “Türkiyənin Yunanıstana zərbə endirmək planı yoxdur”

Türkiyənin NATO müttəfiqi olan Yunanıstan Egeydəki adaların hərbiləşdirilməsi siyasətindən əl çəkməlidir
Sputnik
BAKI, 7 yanvar - Sputnik. “Türkiyənin Yunanıstana zərbə endirmək planı yoxdur və yalnız hücuma məruz qalacağı təqdirdə cavab verəcək”.
“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Onun sözlərinə görə, Türkiyənin NATO müttəfiqi olan Yunanıstan Egeydəki adaların hərbiləşdirilməsi siyasətindən əl çəkməlidir:
“Biz 561 km mənzilli “Tayfun” ballistik raketini buraxdıq. Yunanıstanda bu çaxnaşmaya səbəb oldu, yerli qəzetlər yazmağa başladılar ki, onlar (türklər - Red) bizi vuracaqlar. Əsas odur ki, Egeydə bizimlə işiniz olmasın. Siz bunu etməyin və bizim sizinlə işimiz olmayacaq”.
DÜNYA XƏBƏRLƏRİ
Akar: Yunanıstan Türkiyə ilə münasibətlərdə gərginlik yaratmağa çalışır