BAKI, 6 yanvar — Sputnik. Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova "Sputnik"in jurnalisti Marat Kasemin Latviyada həbsini söz azadlığına qəsd hesab edir və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığından onun hüquqlarının müdafiəsi üçün mandatı çərçivəsində tədbirlər görməsini xahiş edir. Bu barədə o, "Telegram" kanalında yazıb.
"Jurnalist Marat Kasemə qarşı cinayət repressiyasının tətbiqini söz azadlığına qəsd və Latviyanın jurnalistlərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərinin pozulması kimi qiymətləndirirəm. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına müraciət edirəm. Bu açıq-aşkar fakta diqqət yetirin və Marat Kasemin hüquqlarının müdafiəsi ilə bağlı mandatı çərçivəsində tədbirlər görülsün", - Moskalkova yazıb.
Ombudsman qeyd edib ki, Latviya xüsusi xidmət orqanları heç bir izahat vermədən jurnalisti Rusiyanın xeyrinə casusluqda ittiham edib və məhkəmə ən ciddi tədbiri - həbs seçib.
Kasem yanvarın 5-də Riqada Latviya Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Həmin gün jurnalist barəsində yerli məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Məlumatlara görə, o, Rusiyaya casusluq da daxil olmaqla, eyni anda iki cinayət maddəsi ilə ittiham olunur və bu, 20 ilə qədər həbs cəzası ilə təqsirli bilinməyə səbəb ola bilər.