https://sputnik.az/20230106/rusiya-ombeudsmani-bmt-ni-sputnik-jurnalistinin-huquqlarini-qorumaga-cagirdi-450393708.html
Rusiya Ombudsmanı BMT-ni "Sputnik" jurnalistinin hüquqlarını qorumağa çağırdı
Rusiya Ombudsmanı BMT-ni "Sputnik" jurnalistinin hüquqlarını qorumağa çağırdı
Sputnik Azərbaycan
Ombudsman qeyd edib ki, Latviya xüsusi xidmət orqanları heç bir izahat vermədən jurnalisti Rusiyanın xeyrinə casusluqda ittiham edib və məhkəmə ən ciddi... 06.01.2023, Sputnik Azərbaycan
2023-01-06T15:28+0400
2023-01-06T15:28+0400
2023-11-06T15:45+0400
sputnik
rusiya
jurnalist
həbs
bmt
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437323904_0:0:2145:1208_1920x0_80_0_0_d70294743aa48e506e7db197ab644e92.jpg
BAKI, 6 yanvar — Sputnik. Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova "Sputnik"in jurnalisti Marat Kasemin Latviyada həbsini söz azadlığına qəsd hesab edir və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığından onun hüquqlarının müdafiəsi üçün mandatı çərçivəsində tədbirlər görməsini xahiş edir. Bu barədə o, "Telegram" kanalında yazıb. "Jurnalist Marat Kasemə qarşı cinayət repressiyasının tətbiqini söz azadlığına qəsd və Latviyanın jurnalistlərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərinin pozulması kimi qiymətləndirirəm. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına müraciət edirəm. Bu açıq-aşkar fakta diqqət yetirin və Marat Kasemin hüquqlarının müdafiəsi ilə bağlı mandatı çərçivəsində tədbirlər görülsün", - Moskalkova yazıb. Ombudsman qeyd edib ki, Latviya xüsusi xidmət orqanları heç bir izahat vermədən jurnalisti Rusiyanın xeyrinə casusluqda ittiham edib və məhkəmə ən ciddi tədbiri - həbs seçib. Kasem yanvarın 5-də Riqada Latviya Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Həmin gün jurnalist barəsində yerli məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Məlumatlara görə, o, Rusiyaya casusluq da daxil olmaqla, eyni anda iki cinayət maddəsi ilə ittiham olunur və bu, 20 ilə qədər həbs cəzası ilə təqsirli bilinməyə səbəb ola bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437323904_0:0:2145:1610_1920x0_80_0_0_3aaf8b468609074205b24c31bcde9a12.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sputnik, jurnalist, həbs, bmt
sputnik, jurnalist, həbs, bmt
Rusiya Ombudsmanı BMT-ni "Sputnik" jurnalistinin hüquqlarını qorumağa çağırdı
15:28 06.01.2023 (Yenilənib: 15:45 06.11.2023) Ombudsman qeyd edib ki, Latviya xüsusi xidmət orqanları heç bir izahat vermədən jurnalisti Rusiyanın xeyrinə casusluqda ittiham edib və məhkəmə ən ciddi tədbiri - həbs seçib.
BAKI, 6 yanvar — Sputnik. Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova "Sputnik"in jurnalisti Marat Kasemin Latviyada həbsini söz azadlığına qəsd hesab edir və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığından onun hüquqlarının müdafiəsi üçün mandatı çərçivəsində tədbirlər görməsini xahiş edir. Bu barədə o, "Telegram" kanalında yazıb.
"Jurnalist Marat Kasemə qarşı cinayət repressiyasının tətbiqini söz azadlığına qəsd və Latviyanın jurnalistlərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərinin pozulması kimi qiymətləndirirəm. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına müraciət edirəm. Bu açıq-aşkar fakta diqqət yetirin və Marat Kasemin hüquqlarının müdafiəsi ilə bağlı mandatı çərçivəsində tədbirlər görülsün", - Moskalkova yazıb.
Ombudsman qeyd edib ki, Latviya xüsusi xidmət orqanları heç bir izahat vermədən jurnalisti Rusiyanın xeyrinə casusluqda ittiham edib və məhkəmə ən ciddi tədbiri - həbs seçib.
Kasem yanvarın 5-də Riqada Latviya Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Həmin gün jurnalist barəsində yerli məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Məlumatlara görə, o, Rusiyaya casusluq da daxil olmaqla, eyni anda iki cinayət maddəsi ilə ittiham olunur və bu, 20 ilə qədər həbs cəzası ilə təqsirli bilinməyə səbəb ola bilər.