İDMAN

Ən yaxşı gənc futbolçunun adı açıqlanıb

İyirmi yaşlı orta sahə oyunçusu 115 xalla bütün rəqiblərini geridə qoyub.
Sputnik
BAKI, 6 yanvar — Sputnik. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı gənc futbolçusunu açıqlayıb.
IFFHS-in rəsmi saytında məlumat verilir ki, bu ada İngiltərə millisinin və Almaniyanın "Borussiya" (Dortmund) klubunun yarımmüdafiəçisi Cud Bellingem layiq görülüb. İyirmi yaşlı orta sahə oyunçusu 115 xalla bütün rəqiblərini geridə qoyub.
İkinci yeri Almaniya yığmasının üzvü Camal Musiala (95 xal) tutub. İlk "3-lüy"ü 55 xalla xorvatiyalı Yoşko Qvardiol tamamlayıb.
2021-ci ildə bu nominasiyanın qalibi olan ispaniyalı yarımmüdafiəçi Pedri bu dəfə 6-cı yerdə qərarlaşıb. (Report)