BAKI, 6 yanvar — Sputnik. Hazırda Azərbaycanda donuz qripi aşkar edilməyib. Bu barədə "Report"a Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd edək ki, son zamanlar dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanla qonşu olan Rusiya və Ermənistanda donuz qripi geniş yayılıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus keçirdiyi brifinqdə viruslarla bağlı danışarkən bildirib ki, dünyanın 29 ölkəsində koronavirusun yeni "XBB.1.5" alt növü aşkar edilib.
O bildirib ki, COVID-19 ilə bağlı hazırkı epidemioloji vəziyyət həyəcan doğurur. Xüsusilə Şimal qütb regionlarında virusun sürətlə ötürülməsi müşahidə olunur. ÜST başçısının sözlərinə görə, bu gün "BA.2 omikron"un ştammlarının rekombinantı” olan koronavirusun yeni "XBB.1.5" alt növü sürətlə yayılır.
ÜST başçısı qeyd edib ki, "omikron XBB.1.5" ilk dəfə olaraq 2022-ci ilin noyabr ayında aşkar edilib. Hazırda o dünyanın 29 ölkəsində dövr edir və bəzi regionlarda onun yayılması sürətlə artır.