BAKI, 6 yanvar — Sputnik. UEFA prezidentliyinə namizəd müəyyənləşib. Bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
Qurumun hazırkı rəhbəri Aleksander Çeferin növbəti seçkilərdə yeganə namizəd olacaq. 55 yaşlı sloveniyalı yenidən UEFA prezidenti seçiləcək.
Bu posta seçkilər aprelin 5-də keçiriləcək. Tədbir Portuqaliyanın paytaxtı Lissabondakı Konqres çərçivəsində baş tutacaq.
Qeyd edək ki, Çeferin 2016-cı ildən UEFA prezidentidir.