DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrailin müdafiə naziri Pentaqonla İranın regionda yaratdığı təhlükəni müzakirə edib

İsrailin yeni hökumətdəki müdafiə naziri Yoav Qallant Pentaqonun rəhbəri Lloyd Ostinlə İranın nüvə ambisiyalarını və regional təcavüzünü ehtiva edən çoxşaxəli təhlükəsindən tutmuş strateji prioritetlərə qədər hər şeyi müzakirə edib.
Sputnik
BAKI, 5 yanvar - Sputnik. İsrailin yeni hökumətdəki müdafiə naziri Yoav Qallant Pentaqonun rəhbəri Lloyd Ostinlə telefon danışı zamanı bir sıra məsələlərlə yanaşı İranın təhdidlərini də müzakirə edib.
Qallant özü bildirib ki, Ostinlə İsraillə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edib. ABŞ administrasiyasına və Pentaqonun rəhbərinə İsrailin təhlükəsizliyinə sadiqliklərinə görə təşəkkürünü bildirib.
"Mən həmçinin İranın nüvə ambisiyalarını və regional təcavüzünü ehtiva edən çoxşaxəli təhlükəsindən başlayaraq ən yüksək strateji prioritetlərimizin qiymətləndirilməsini bölüşdüm. Regional və qlobal çağırışlarla üzləşməyə hazırlaşarkən əməkdaşlığımız həmişəkindən daha güclü olmalıdır", - deyə Qallant özünün Twitter hesabında yazıb.
İsraildə 2022-ci il dekabrın sonunda Benyamin Netanyahunun başçılıq etdiyi hökumət parlament qarşısında and içib.
İran isə dəfələrlə İsraili dünya xəritəsindən silməklə hədələyib.