BAKI, 5 yanvar — Sputnik. Şanxay əməkdaşlıq Təşkilatının ölkələri Ukrayna böhranının düzgün həlli üçün əlverişli şərait yaratmağa hazırdırlar. Onlar Ukraynadakı humanitar böhranın aradan qaldırılması üçün öz səylərini davam etdirirlər.
ŞƏT baş katibi Çjan Min "RİA Novosti"yə verdiyi müsahibəsində bunu söyləyib.
Çjan Min, "ŞƏT-ə üzv dövlətlər ortaq dəyərlərə əsaslanaraq bir araya gəlir və bir çox vacib beynəlxalq və regional məsələlərdə eyni və ya yaxın mövqeləri bölüşürlər" deyə bildirib.
O vurğulayıb ki,"Ukrayna münaqişəsi başlayandan sonra ŞƏT ona çox diqqət yetirib və müvafiq ölkələri dəstəkləyib ki, onlar regionda ümumi vəziyyətə diqqət yetirərək, fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində işlərini davam etdirsinlər, ümumi maraqların axtarışı istiqamətində bir-birlərinə doğru irəliləsinlər, sülhə nail olsunlar və münaqişəni dinc, siyasi və diplomatik vasitələrlə həll etsinlər".
"Biz ona diqqət yetirdik ki, ŞƏT-in bir çox üzv dövlətləri müvafiq ölkələr arasında təmasların möhkəmləndirilməsi, problemin düzgün həlli üçün əlverişli şərait yaratmağa hazırdırlar. Onlar, həmçinin, Ukraynadakı humanitar böhranın aradan qaldırılması üçün öz səylərini göstərməyə davam edirlər", - deyə təşkilatın baş katibi bildirib.