RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Putin Ukraynada bütün cəbhəboyu atəşkəs elan edir

Rusiya Federasiyasının lideri müdafiə nazirinə müvafiq göstəriş verib.
Sputnik
BAKI, 5 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukraynada 6 yanvar 12.00-dan 7 yanvar 24.00-dək bütün cəbhələrdə atəşin dayandırılması barədə göstəriş verib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Kremlin mətbuat xidməti xəbər verir ki, Rusiya Ukrayna tərəfini atəşkəs elan etməyə və vətəndaşların Milad mərasimlərində iştirakına icazə verməyə çağırır.
“Döyüş bölgələrində çoxlu sayda pravoslav vətəndaşın yaşadığını əsas götürərək, biz Ukrayna tərəfini atəşkəs elan etməyə və onlara Milad ərəfəsində, eləcə də İsa Məsihin Miladı bayramı mərasimlərində iştirak etmək imkanı verməyə çağırırıq”, - məlumatda ​​deyilir.
RUSİYA
Putin: Moskva dialoqa açıqdır