BAKI, 4 yanvar - Sputnik. Qazaxıstanda keçirilən şahmat üzrə dünya çempionatında hicabsız iştirak edən iranlı şahmatçı Sara Hadəm İspaniyaya köçüb.
Şahmatçı özü də köçdüyünü təsdiqləyib, lakin bir vaxt İrana qayıdacağını bildirib.
“Mən qaçqın deyiləm. Bizim mühacirətimiz siyasi yox, ailə qərarıdır”, - deyə Hadəm açıqlama verib.
Məlumata görə, Sara və ərinin İspaniyada öz mənzilləri var.
Bundan öncə İran Şahmat Federasiyasının rəhbəri Həsən Tamini Hadəmin Qazaxıstandakı yarışda ölkəni təmsil etmədiyini və birincilikdə şəxsi vəsaiti hesabına iştirak etdiyini açıqlayıb.

“Hadəm turnirə İran Şahmat Federasiyasının xətti ilə yox, özü öz hesabına yollanıb. O, ölkəmizi təmsil etmir. Amma bu idmançıdan belə bir addım gözləmirdik. Daha əvvəl turnirlərdə o, bütün qaydalara uyğun iştirak edib”, - deyə idman məmuru qeyd edib.
Hadəmlə yanaşı digər bir şahmatçı Atusa Purkaşian da çempionatda hicabını çıxarıb.
İranda hicab qadınların istifadəsi məcburi olan baş örtüyüdür. Son zamanlar ölkədə hicabın düzgün taxılmaması səbəbi ilə cəzalandırılan Məhsa Amininin həlak olması genişmiqyaslı etirazlara səbəb olub.
Bu yay İranda hicab haqqında sərt qanunlar qəbul edilib, əxlaq polisi isə onları pozan qadınları saxlamağa başlayıb.