RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Səfərbər edilmiş döyüşçülərin hazırlığı ilə Rusiyanın elit desant bölmələri məşğuldur

Təlimlərə xüsusi hərbi əməliyyat zamanı döyüş təcrübəsi almış Hava-Desant Qüvvələrinin təlimatçıları rəhbərlik edir.
Sputnik
BAKI, 3 yanvar - Sputnik. Rusiya Hava-Desant Qoşunlarının elit bölmələri Zaporojye istiqamətində səfərbər edilmiş döyüşçülərin intensiv təlimini keçirir. Bu barədə RİA Novosti xəbər verir.
Bildirilir ki, hazırlıq Zaporojye vilayətindəki poliqonlardan birində aparılır.
Rusiya Silahlı Qüvvələrinin səfərbər edilmiş döyüşçüləri cütlük və üçlük şəklində taktiki hərəkət üzrə təlim keçəcəklər.
Onlara müxtəlif ssenarilər, o cümlədən binalara hücum, zirehli texnikanın məhv edilməsi, yaralıların döyüş meydanından çıxarılması üzrə hazırlıq keçiriləcək.
Dərslərə xüsusi hərbi əməliyyat zamanı döyüş təcrübəsi almış Hava-Desant Qüvvələrinin elit bölmələrinin təlimatçıları, döyüşçüləri rəhbərlik edir.
Təlimatçının sözlərinə görə, təlim “gücləndirilmiş rejimdə və gərgin” keçir.