"Azərbaycan və Rusiya bir çox mühüm platformalarda birgə fəaliyyət göstərməkdədirlər. Hesab edirəm ki, tərəflər arasında siyasi münasibətlərin daha da inkişaf etmiş platformaları kifayət qədərdir. Bu da maraqların uzlaşdırılması, münasibətlərin ümumi inkişafı, əməkdaşlığın genişləndirilməsi baxımından hər zaman öz töhfəsini verməkdədir. Nəzərə almaq lazımdır ki, ötən ilin əvvəlində iki ölkə arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalandı. Bu, tərəflər arasında münasibətlərin mahiyyətini ifadə edir, həm də ki, qarşılıqlı şəkildə maraqların təmin olunması, əməkdaşlığın daha da genişləndirilməsi, ayrıca olaraq müdafiə, təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlığın inkişaf etdirilməsi baxımında əhəmiyyətlidir. Həmin sənəddə tərəflər arasında münasibətləri və əməkdaşlığı daha da yaxınlaşdıran və inkişaf etdirən müddəalar öz ifadəsini tapıb".
"Məhz bu vasitəçilik nəticəsində 2020-ci ildə 10 noyabr, 2021-ci ildə 11 yanvar və 26 noyabr sənədləri imzalanıb. Son olaraq ötən il Soçidə üçtərəfli görüş baş tutdu. Həmin görüşdə də qeyd olundu ki, əldə olunmuş razılaşmalara əməl edilməsi vacibdir, amma Ermənistan bu sənədlərə uyğun davranış sərgiləmir. Rusiya Prezidenti Vladimir Putin KTMT-nin İrəvanda keçirilən sammitində bir daha vurğuladı ki, razılaşmalara əməl edilməsi vacibdir. Münasibətlərin tənzimlənməsi bu sənədlərdən irəli gələn müddəaların icrasından keçir".