BAKI, 3 yanvar - Sputnik. 2023-cü ilin əvvəlindən Rusiyada 500-dən çox qəza baş verib. Bu barədə Rusiyanın Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin (yol polisi - red.) mətbuat xidməti məlumat yayıb.
Qurumun məlumatında bildirilir ki, qeyd olunan qəzalarda 80-dən çox insan həyatını itirib.
“Yeni ilin ilk günlərində ölkənin avtomobil yollarında 500-dən çox avtomobil qəzası baş verib, nəticədə 80-dən çox insan ölüb, onlardan 6-sı azyaşlı olub”, - deyə məlumatda bildirilir.
Müfəttişliyin məlumatında ölən uşaqların hamısının sərnişin olduğu qeyd edilib.