BAKI, 2 yanvar - Sputnik. Türkiyə hökuməti Suriya ilə münasibətlərin normallaşması kursundan razıdır. Hesab edirik ki, Ankara və Dəməşq nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsində yüksək səviyyədə görüşün təşkili müzakirə olunacaq.
APA-nın məlumatına görə, bunu jurnalistlərə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik deyib.
“Biz hesab edirik ki, iki ölkə arasında körpü qurmağın vaxtı çatıb, siyasi dialoqun vaxtı çatıb. Gündəliyin növbəti məsələsi zirvə görüşünün keçirilməsinin mümkünlüyü olacaq. İndiyədək əldə olunan səviyyədən razıyıq” – deyə Çelik vurğulayıb.