BAKI, 31 dekabr - Sputnik. "Müsəlmanlar yeni ilin başlanğıcını Qriqoryan təqviminə görə asanlıqla qeyd edə bilərlər, dini baxımdan buna heç bir qadağa yoxdur". Belə bir açıqlama ilə RİA Novosti-yə müsahibəsində Şimali Qafqaz Müsəlmanları üzrə Əlaqələndirmə Mərkəzinin sədri İsmayıl Berdiyev çıxış edib.
“Bəzən eşidirəm ki, müsəlmanlar ənənəvi dünyəvi Yeni ili qeyd etməməlidirlər və bu, az qala haramdır (qadağandır). Belə insanlardan soruşmaq istəyirəm: "Bunu haradan götürmüsünüz?" Əgər dünyəvi dövlətdə İslam dininin davamçıları bir-birinə sevinc bəxş etmək, qonşusuna cansağlığı arzulamaq, uşaqlara oyuncaq və ya şirniyyat vermək istəyirlərsə, deyin, bunun nə pisliyi var? Mən bunda səhv bir şey görmürəm”, - deyə Berdiyev bildirib.
Şimali Qafqaz Müsəlmanları üzrə Əlaqələndirmə Mərkəzinin sədri İsmayıl Berdiyev
© Sputnik / Рамиль Ситдиков
/ Din xadimi onu da qeyd edib ki, hicri (müsəlman təqvimi) ilə Yeni ildə ardıcıllar ənənəvi olaraq namaz qılır və Quran oxuyurlar.
“Bununla yanaşı, öz ənənələri olan dünyəvi Yeni il var. Bu da nəzərə alınmalı və öz sevincinizi tapa bilməlisiniz", - deyə Berdiyev fikrini tamamlayıb.