SƏHİYYƏ

Ölkəmizdə COVID-19-la bağlı son durum necədir?

Vüqar Qurbanov bildirib ki, bu il üzrə müsbət nəticələrin ümumi testlərdə payı ortalama 7%, son iki ay üzrə ortalama isə 2.2% təşkil edib.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. "Bu ilin son həftələrində yoluxma hallarında 50 % azalma müşahidə edilib".
Bunu müsahibəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov deyib. TƏBİB rəhbəri xatırladıb ki, 2021-ci ildə gündəlik ortalama yoluxma 1 091, 2022-ci ildə 607 olduğu halda, noyabr ayı ərzində bu göstərici 35 olub.
O bildirib ki, bu il üzrə müsbət nəticələrin ümumi testlərdə payı (yoluxma əmsalı) ortalama 7%, son iki ay üzrə ortalama isə 2.2% təşkil edib: "Hospitalizasiya əmsalı 2021-ci ildə 11,7% , 2022-ci il üzrə isə 3 dəfə azalaraq 3,7% olub. Qeyd edilən statistik məlumatlara əsasən ötən dövrlərlə müqayisədə COVID-19-a yoluxma minimal həddədir. Qeyd etməliyəm ki, pandemiyanın vahid mərkəzdən idarəedilməsi - Operativ Qərargahın yaradılması, vaksinasiya kampaniyasının effektiv və vaxtında təşkil edilməsi, yoluxmaların fonunda təbii immunitetin yaranması bizi bu sınaqdan üzüağ çıxardı".
SƏHİYYƏ
Azərbaycanda COVID-19-la əlaqəli son epidemioloji durum açıqlanıb