İDMAN

Şahin Diniyev Mahmud Qurbanovun qərarını ləğv edib

Bakı klubunda baş məşqçi dəyişikliyi braziliyalı müdafiəçi Qustavo de Fransa, ukraynalı yarımmüdafiəçi Maksim Çex və portuqaliyalı hücumçu Kizito Luvaqanun komandada qalmasına səbəb olub.
Sputnik
BAKI, 29 dekabr — Sputnik. "Səbail"in yeni baş məşqçisi Şahin Diniyev sələfi Mahmud Qurbanovun bir neçə gün əvvəl göndərmək istədiyi 4 əcnəbi futbolçudan 3-nü komandada saxlayıb.
Bakı klubunda baş məşqçi dəyişikliyi braziliyalı müdafiəçi Qustavo de Fransa, ukraynalı yarımmüdafiəçi Maksim Çex və portuqaliyalı hücumçu Kizito Luvaqanun komandada qalmasına səbəb olub.
Dünən paytaxt təmsilçisinin baş məşqçisi kimi işinə başlayan Şahin Diniyev adıçəkilən oyunçuların mövsümün ikinci yarısında sərəncamında qalmasını istəyib. Yalnız argentinalı müdafiəçi Fakundo Kardozo ilə bağlı qərar dəyişməyib. 27 yaşlı oyunçu "Səbail"i tərk edib.
Kardozo ilə yanaşı, 3 yerli futbolçu – yarımmüdafiəçilər Tural Bayramlı, Emin Zamanov və Vüsal Qənbərovla da yollar ayrılıb.
Qeyd edək ki, "Səbail" 18 turdan sonra 10 xalla turnir cədvəlinin sonuncu – 10-cu pilləsində qərarlaşıb (Report).