BAKI, 29 dekabr — Sputnik. Rusiya neftinə yüksək qiymət həddinin (1 barel üçün 60 dollar) tətbiq edilməsinə baxmayaraq, RF ən böyük yanacaq ixracatçısı olub və belə də qalacaq. Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.
"Rusiya ən böyük neft ixracatçılarından biridir. Belə də qalacaq", - deyə Siluanov qeyd edib.
Bu yaxınlarda maliyyə naziri etiraf edib ki, Rusiya neftinin marjinal qiymətinin tətbiqi enerji bazarını deformasiyaya uğradacaq.
Dekabrın 27-də Rusiya Prezidenti Vladimir Putin neftin yüksək qiymət həddi ilə bağlı cavab tədbirləri haqqında fərman imzalayıb. Sənəd Rusiyadan neft və neft məhsullarının müqavilədə qiymət həddi təyin edən ölkələrə tədarükünü qadağan edir. Burada neftin qiymət həddi mexanizmi nəzərdə tutulduğu halda, onun xarici alıcılara tədarükü də qadağandır.
Eyni zamanda, Rusiya neftinə yüksək qiymət həddi tətbiq edən ölkələrə Rusiyadan neft və neft məhsullarının tədarükü yalnız xüsusi qərar əsasında mümkün olacaq. Sənəd 1 fevral 2023-cü il tarixindən qüvvəyə minir və 2023-cü il iyulun 1-dək davam edəcək.